“Sabah”dan ayrılan Məhəmməd Mirzəbəyovu heyətinə qatan “Səbail” bu gün ikinci transferini həyata keçirib.
“Dənizçilər” Cabir Əmirli ilə 1 illik müqavilə imzalayıb. 23 yaşlı müdafiəçi Bayıl təmsilçisi ilə azad agent olaraq münasibətlətini rəsmiləşdirib. Bu isə onun “Neftçi”dən sərbəst status alması anlamına gəlir.